Reklam verin!
İyun 21, 2008 21:14 tarixində, eqo tərəfindən, Vegetarianlıq nədir? bölməsində yazılib       Şərhlər(0)      Baxış sayı:20
Müəllif: Hui-Ming Toh bacı, Oukland, Yeni Zelandiya
(İngiliscədə orijinal)


Siz heç olubmu ki, soyuducunuzu açasınız, oradan iyirmi boşqab yemək çıxarasınız, onları zibil qabına tullayasanız və onlardan yalnız bir boşqab yeməyi yeyəsiniz? Bəs əlli beş kvadrat metr meşə ərazisində iki min beş yüz qallon su anbarı yaratmaq olarmı? Əlbəttə, bu, mümkünsüz bir şeydir. Sadəcə yarım kiloqram ət yemək buna səbəb ola bilər. Ət yemək bizim resurslarımızın qeyri-səmərəli istifadəsinə və dağıdılmasına gətirib çıxarır, geniş miqyaslı heyvan iztirabına səbəb olur və bizim sağlamlığımıza böyük ziyan vurur. Əgər kartof püresinin üzərinə qızardılmış it əti əlavə etmək
Xaraba laqun
Dairəvi Dörd Fermalar - ən böyük donuz əti istehsalçısıdır və üç milyon qallon becərilməmiş laquna malikdir. Həmin laqunlar çaylara axdıqda və 1995-ci ildə Şimali Karolinada göllər yarandıqda bunun nəticəsi çox katastrofik olmuşdu.


səndə narahatçılıq yaradırsa, onda nə üçün digər incə heyvan ətini qızartmalı?
Davamı...
İyun 21, 2008 21:06 tarixində, eqo tərəfindən, Vegetarianlıq nədir? bölməsində yazılib       Şərhlər(0)      Baxış sayı:40
Yaxud yeməklə özümüzü necə xəstələndiririk

Son illər aparılan elmi tədqiqatlar insan ömrünün getdikcə qısalmasını və orqanizmə tələb olunan zəruri maddələr çatışmazlığı nəticəsində yaranan müxtəlif xəstəliklərin kəskin artmasını təsdiq edir.

Qida psixologiyası

Məlum olduğu kimi insanın sağlam yaşaması və xəstəliklərə qarşı immunitet sisteminin güclü olmasında əsas rol oynayan amillərdən biri də qidalanmadır.
Bu bir faktdır ki, insanların çox az hissəsi düzgün qidalanır. Bunda uzun illər aparılmış səhv təbliğatın da rolu böyükdür. Araşdırmalar göstərir ki, müalicəsi mümkün olmayan əksər xəstəliklərin mənbəyi məhz elə bu faktorla bağlıdır. Təəccüblüdür ki, son vaxtlar insanların istənilən qida maddələri dadmağa daha geniş imkan yaransa da, əlahəzrət sağlamlıq hətta bu şansdan bolluca istifadə etmək iqtidarında olanlar üçün get-gedə əlçatmaz olmağa başlayır. Belə ki, orqanizm, kifayət qədər qida ilə təmin edilməsinə baxmayaraq gizli aclıq, yəni bədənə lazım olan üzvi maddələr, vitaminlər, minerallar və karbohidratların olmaması problemi ilə qarşılaşır.
Azərbaycan kulinariyasının əsasən ət, un və şəkər üzərində qurulması gizli aclığın yaranmasında mühüm rol oynayır. Son elmi tədqiqatlar sübut edir ki, məhz bu qidalar daha çox zərərlidir.Yəni, orqanizmə zülal və artıq kalori yox, vitaminlər, minerallar və karbohidratlar lazımdır.
Bundan başqa insanın mədə-bağırsaq sistemi, dişlərin quruluşu və s. orqanları ətlə qidalanma üçün nəzərdə tutulmamışdır. Bir sözlə, insan öz orqanizminin fizioloжi və təbii tələblərini nəzərə almağa məcburdur. Natural qidalanma, yəni qeyd olunan maddələrinin birbaşa ilk mənbədən - təbiətdən alınma prosesi sağlam həyat tərzinin əsas şərtidir. Təsadüfi deyildir ki, son illər inkişaf etmiş ölkələrdə milyonlarla insanın vegetarian qidalanmaya, yəni, bitki mənşəli kulinariyaya üstünlük verməsi müşahidə olunur.

Vegetarianlıq nə deməkdir?

Davamı...

  Yazılar cəmi: 2