Reklam verin!
İyun 21, 2008 21:06 tarixində, eqo tərəfindən, Vegetarianlıq nədir? bölməsində yazılib       Şərhlər(0)      Baxış sayı:62
Yaxud yeməklə özümüzü necə xəstələndiririk

Son illər aparılan elmi tədqiqatlar insan ömrünün getdikcə qısalmasını və orqanizmə tələb olunan zəruri maddələr çatışmazlığı nəticəsində yaranan müxtəlif xəstəliklərin kəskin artmasını təsdiq edir.

Qida psixologiyası

Məlum olduğu kimi insanın sağlam yaşaması və xəstəliklərə qarşı immunitet sisteminin güclü olmasında əsas rol oynayan amillərdən biri də qidalanmadır.
Bu bir faktdır ki, insanların çox az hissəsi düzgün qidalanır. Bunda uzun illər aparılmış səhv təbliğatın da rolu böyükdür. Araşdırmalar göstərir ki, müalicəsi mümkün olmayan əksər xəstəliklərin mənbəyi məhz elə bu faktorla bağlıdır. Təəccüblüdür ki, son vaxtlar insanların istənilən qida maddələri dadmağa daha geniş imkan yaransa da, əlahəzrət sağlamlıq hətta bu şansdan bolluca istifadə etmək iqtidarında olanlar üçün get-gedə əlçatmaz olmağa başlayır. Belə ki, orqanizm, kifayət qədər qida ilə təmin edilməsinə baxmayaraq gizli aclıq, yəni bədənə lazım olan üzvi maddələr, vitaminlər, minerallar və karbohidratların olmaması problemi ilə qarşılaşır.
Azərbaycan kulinariyasının əsasən ət, un və şəkər üzərində qurulması gizli aclığın yaranmasında mühüm rol oynayır. Son elmi tədqiqatlar sübut edir ki, məhz bu qidalar daha çox zərərlidir.Yəni, orqanizmə zülal və artıq kalori yox, vitaminlər, minerallar və karbohidratlar lazımdır.
Bundan başqa insanın mədə-bağırsaq sistemi, dişlərin quruluşu və s. orqanları ətlə qidalanma üçün nəzərdə tutulmamışdır. Bir sözlə, insan öz orqanizminin fizioloжi və təbii tələblərini nəzərə almağa məcburdur. Natural qidalanma, yəni qeyd olunan maddələrinin birbaşa ilk mənbədən - təbiətdən alınma prosesi sağlam həyat tərzinin əsas şərtidir. Təsadüfi deyildir ki, son illər inkişaf etmiş ölkələrdə milyonlarla insanın vegetarian qidalanmaya, yəni, bitki mənşəli kulinariyaya üstünlük verməsi müşahidə olunur.

Vegetarianlıq nə deməkdir?


"Vegetarian" sözünün mənası latıncadan tərcümədə "sağlam, gümrah, möhkəm" deməkdir. Deməli, vegetarian olmaq ruhi və fiziki cəhətdən inkişaf etmək deməkdir.
Vegetarianlıq sadəcə pəhriz demək deyil. Bu, həm fəlsəfi, həm də mənəvi cəhətdən harmonik həyat tərzidir. Vegetarianlar "əvvəlcə öz qəlbindəki zorakılıq meylindən azad olmalı, daha sonra sülhsevər cəmiyyət barədə düşünməli" həqiqətini anlamış insanlardır. Təsadüfi deyil ki, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri, əsasən də ziyalılar öz həqiqət axtarışlarının sonunda vegetarian olublar. Əgər bu həqiqətə şübhə ilə yanaşan varsa, onda qədim zamanlardan indiyədək vegetarian olmuş müdriklər ordusu ilə tanış olmağa dəyər: Pifaqor, Sokrat, Platon, Kliment Aleksandrovski, Plutarx, Şah Aşoka, Leanardo Da Vinçi, Monten, Əkbər (Anvar), Con Milton, İsaak Nyuton, Emmanuel Svedanborq, Volter, Bencamin Franklin, Жan Жak Russo, Lamartin, Şelli, Henri Devid Toro, Lev Tolstoy, Bernard Şou, Rabindranat Taqor, Albert Şveyster, Mahatma Qandi, Albert Eynşteyn... Siyahını kifayət qədər uzatmaq olar.
Bəs, vegetarian olmaqla möhkəm sağlamlığa nail olmaq, xəstəliklərin qarşısını almaq olarmı? Elm son zamanlaradək bu suallara qeyri-müəyyən cavab verirdi, amma vegetarianlığın tərəfdarları uzun illərdir ki, bunu əyani surətdə sübut ediblər. Son zamanlar həkimlər də etiraf edirlər ki, ürək-qan-damar, mədə-bağırsaq və xərçəng xəstəliklərinin törəməsi birbaşa olaraq ətlə qidalanmanın nəticəsidir. Hazırda sübut olunub ki, vegetarian qidalanmaya keçəndən sonra ürək-qan-damar, mədə-bağırsaq və xərçəng xəstəliklərinin 97 faizinin qarşısı alınır.
Aparılan araşdırmalar göstərir ki, alkoqolizm və siqaret çəkmədən sonra, ölümün əsas səbəblərindən biri də ət məhsulları ilə qidalanmadır. Ət vasitəsilə insan bədəninə daxil olan xolesterin qan damarlarının divarlarında yığılaraq ürəyə qan axınını azaldır ki, bu da öz növbəsində, yüksək qan təzyiqinə, ürək çatışmazlığına və insula gətirib çıxarır. Araşdırmalara görə, ət məhsulları ilə daha çox qidalanan 25 ölkənin 19-da xərçənglə xəstələnmə faizi çox yüksəkdir. Eyni zamanda, ətlə az qidalanan və ya ümumiyyətlə, ət yeməyən 35 ölkənin əhalisində xərçənglə xəstələnmə faizi çox aşağıdır.
Adi müşahidələr göstərir ki, vegeterianlar fiziki və mənəvi cəhətdən tam sağlam, sülhpərvər və şən olurlar. Güclü intellektə, uzun ömrə malik olan vegetarianlar hər cür xəstəliyin öhdəsindən gəlirlər. Çünki orqanizmə lazım olan çoxsaylı vitaminlər, zülallar, yağlar, minerallar, karbohidratlar və sair maddələr bitki mənşəli qidalarda daha zəngin tərkibdə olduğundan vegetarianların immunitet sistemi çox güclü olur. Bu gün dünyada idmançıların böyük bir hissəsi vegetarianlığa üstünlük verirlər.

Ət haqda əfsanə

Çoxlarına elə gəlir ki, ət ona güc verir, orqanizmini möhkəmləndirir. Əslindəsə, bu güclənmə araq içən adamın "güclənməsinə", "cəsarətlənməsinə" bənzəyir. Bu gün belə bir yanlış təsəvvür formalaşıb ki, ət yemədən güc toplamaq, iş qabiliyyətini saxlamaq, hətta yaşamaq belə mümkün deyil. Əslindəsə, ət insan mədəsində çox gec həzm olunur. Əgər düyü bir saata, yumurta və vələmir yarması 1 saat 20 dəqiqəyə, təzə süd 2 saata həzm olursa, ət 5-6 saata həzm olur. Məhz bu hal, yəni ətin mədədə həzmə getmədən çox qalması halı insanda "toxluq" ovqatı yaradır. Amma, qan damarlarımız məhz belə vaxtlar korluq çəkir, xeyli vaxt lazımdır ki, mədəyə düşmüş yağlı ət həzm olunsun, yoğun bağırsağa tökülsün və qana sorulsun. Yoğun bağırsağa düşmüş ətin böyük hissəsi qana sorula bilmir və nəticədə uzun müddət orada qalaraq çürüyür. Bu da bakteriyalar üçün yaxşı bir ziyafət süfrəsidir. Bəzi təhlükəli xəstəliklər məhz bu prosesdən sonra qan vasitəsilə bütün bədənə yayılır.
Bir çox körpələr məhz "dadlı" ət xörəklərinin böyük "xidmətləri" sayəsində tez-tez xəstələnirlər. Odur ki, 7-8 yaşa çatana qədər onlara ət, ət suyu, yumurta vermək düzgün deyil.
Ətin tərkibində külli miqdarda muxtəlif ekstraktiv, toksinlər, xolesterin və s. zərərli maddələr mövcuddur və onlar əsəb sisteminə çox pis təsir göstərir. Heç təsadüfi deyil ki, ət yeyən insanlar arasında nevrasteniya, cinsi pozğunluq, ürək, mədə və digər orqanların xəstəlikləri daha çox olur. Kababı sevənlər bilmirlər ki, ətin tərkibindəki parazit-yumurtalar insan orqanizmində qarşısıalınmaz fəsadlar əmələ gətirir. Xərçəng şişi kəsilib götürülən xəstəyə ət bulyonu verirlər. Əslindəsə, xərçəngi yaradan elə ət xörəkləridir. Ymumiyyətlə, xəstəyə ət, şirniyyat, ağ çörək, turşu və duzlu şeylər yedirtmək, spirtli içkilər içirtmək onun düşməni olduğunu etiraf etmək deməkdir. Bu "qidalar" nəinki xəstəyə, heç sağlam adama da məsləhət deyil.

Çörək bol olarsa... basılmaz xəstəlik!

İnsan övladını dava-dərmanla üz-üzə qoyan bəzi qidalar xəstəliyə yol açan başlıca vasitədir. Bu sıraya çörək də daxildir. Bu gün elm tərəfindən insan üçün lazımsız qida sayılan buğdanı yeməyi Tanrı yaradılışdan insana qadağan edib. Nəfslərinə güc gələ bilməyən və Şeytanın təhriki ilə buğda yediklərinə görə, Cənnətdən qovulan Adəmlə Həvva, Tanrının insana məsləhət görmədiyi buğdanı da yer üzərinə gətirdilər.
Bu gün yemək süfrələrini çoxları çörəksiz təsəvvür etmir. Hər bir xörək növü ilə çörəyi bir yerdə görmək adət halını alıb. Amma bu yalnız bəzi ölkələrdə belədir. Bəşəriyyət yavaş-yavaş çörəyə "əlvida" deyir.
Məşhur rus alimi A.P.Çuprin yazır ki, elmin hələ mövcud olmadığı dövrdə insanın bütün qidalar arasında çörəyə üstünlük verməsi bəşəriyyəti çox mürəkkəb, çıxılmaz vəziyyətdə qoyub. Nə qədər torpaq əkilir, çörək istehsalına nə qədər vəsait, nə qədər əmək sərf olunur!
"Bir parça çörək" filminə yəqin ki, baxmayan tapılmaz. Çörəyin nə kimi bəlalara səbəb olduğunu bu filmdən anlamaq daha asandır. Körpəlikdən eyni həyətdə böyüyən uşaqların çörək talonunu itirən yoldaşlarına nifrəti məndə qəzəb hissi oyatmışdı. O zaman məndə sual yaranmışdı - bir tikə çörəkdən ötrü özümüzü bu qədər "öldürməyimizə" dəyərmi?
Dünya şöhrətli alimlər və artıq milyonlarla insan bu suala "Yox!" cavabı verirlər. Heç olmasa, bircə dəfə də xarici ölkədə olanlar təsdiq edər ki, yüksək sivilizasiyalı ölkələrdə çörəyi geridə qalmış ölkələrə nisbətən 10 qat az yeyirlər.
Taxıl məhsulunun ən böyük qüsuru odur ki, onun tərkibindəki amin turşularının tarazlığı qeyri-mütənasibdir. Dənli bitkilərdən hazırlanmış qida, zülal tarazlığını pozduğundan orqanizm daha çox zülal tələb edir. Onu həzm etmək və qana sormaq üçün isə çoxlu vitamin tələb olunur. Həzmetmə orqanları xəstə olanlar öz menyusundan buğdanı və arpanı çıxartmalıdır. Mütəxəssislər məsləhət görür ki, çörəkdən əl çəkə bilməyənlər heç olmasa, kobud üyüdülmüş undan hazırlanmış çörək yeməlidirlər. Mədə-bağırsağın düşməni olan ağ çörəkdən isə tamamilə uzaqlaşmaq lazımdır. Təsadüfi deyil ki, ürək problemləri, şəkərli diabet və bir sıra başqa xəstəliklər zamanı həkimlər qara çörək yeməyi məsləhət görürlər. Dənli bitkilərdən olan düyünü və qarğıdalını, o cümlədən, kartofu, soyanı tərəvəz salatları və şirələri ilə bir yerdə qəbul etmək lazımdır. Kartofu heç vaxt çörəklə bir yerdə yemək olmaz.
Lakin taxıl bitkilərini tamamilə inkar etmək ədalətsizlik olardı. Belə ki, onları istifadə etmək olar, amma çiy şəkildə. Məsələn, buğdanı cücərdib hər səhər acqarına bir qaşıq qəbul etsəniz, orqanizmdə cavanlaşma prosesi gedər, gümrahlaşarsınız.
Çörəyi öz rasionundan çıxaran adam yalnız bir şey itirə
bilər - xəstəlik!

Davamı var

Elçin BAYRAMLI

Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha